Oğuzda avtomobillər toqquşub, xəsarət alanlar var

Oğuzda avtomobillər toqquşub, xəsarət alanlar var Oğuzda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
12 Dekabr , 2021 21:55
Oğuzda avtomobillər toqquşub, xəsarət alanlar var

Oğuzda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun rayonun Sincan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Kia" və VAZ-2106" markalı avtomobillər toqquşub. Zərbənin gücündən "VAZ-2106" yoldan çıxaraq dərəyə aşıb. Qəza nəticəsində 2 nəfər müxtəlif xəsarətlər alıb.

Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi