Oğuzda avtomobil piyadanı vurub

Oğuzda avtomobil piyadanı vurub Oğuzda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Hadisə
5 Yanvar , 2020 13:12
Oğuzda avtomobil piyadanı vurub

Oğuzda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

"Report" un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun, rayonun Kərimli kəndi ərazisindən keçən hissəsində baş verib.

Kənd sakini Nafiq Sabir oğlu Hacıbabayev yolu keçmək istəyərkən minik avtomobili tərəfindən vurulub. Yaralı Oğuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi