Oğuzda ağır yol qəzasında bir ailənin üç üzvü yaralanıb

Oğuzda ağır yol qəzasında bir ailənin üç üzvü yaralanıb Oğuz rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
372
8 Mart , 2022 21:14
Oğuzda ağır yol qəzasında bir ailənin üç üzvü yaralanıb

Oğuz rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Kərimli kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Lada-2110” markalı avtomobillə Ceyhun Süleymanovun idarə etdiyi “Vaz-21015” markalı avtomobil toqquşub.

Qəza zamanı Ceyhun Süleymanov, onun həyat yoldaşı və övladı aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi