Oğuzda ağacdan yıxılan qadının onurğa sütunu sınıb

Oğuzda ağacdan yıxılan qadının onurğa sütunu sınıb Oğuz rayonunda qadın bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.
Hadisə
19 Avqust , 2019 21:13
Oğuzda ağacdan yıxılan qadının onurğa sütunu sınıb

Oğuz rayonunda qadın bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, bu gün axşam saatlarında Oğuz Rayon Mərkəzi Xəstəxanasına ağır xəsarətlə rayonun 1975-ci il təvəllüdlü Muxas kənd sakini Həbibullayeva Xalidə Xalid qızı daxil olub.

Müayinə zamanı məlum olub ki, 44 yaşlı X.Həbibullayeva yaşadığı evin həyətyanı sahəsində gavalı ağacından yıxılıb. Ona onurğa sütununun sınığı diaqnozu qoyulub və vəziyyəti ağır olduğu üçün Bakıdakı xəstəxanalardan birinə göndərilib.

Orphus sistemi