Oğuzda 78 yaşlı satıcı bazarda ölüb - YENİLƏNİB

Oğuzda 78 yaşlı satıcı bazarda ölüb - YENİLƏNİB Oğuz rayonunda mərkəzi bazarada satıcı fəaliyyəti ilə məğul ahıl kişinin ölüm səbəbi və şəxsiyyəti məlum olub.
Hadisə
299
29 Oktyabr , 2019 17:19
Oğuzda 78 yaşlı satıcı bazarda ölüb - YENİLƏNİB

Oğuz rayonunda mərkəzi bazarada satıcı fəaliyyəti ilə məğul ahıl kişinin ölüm səbəbi və şəxsiyyəti məlum olub.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, rayonun Yaqublu kənd sakini, 1941-ci il təvəllüdlü Fərəc Fərəcov bazarda olarkən anidən halı pisləşib və yıxılıb.

Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub və müayinə zamanı onun öldüyü müəyyənləşib. 

İlkin məlumata görə, F.Fərəcov yüksək təzyiq nəticəsində dünyasını dəyişib. 


*** 15:33

Oğuz rayonunda bazarda ölüm hadisəsi baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hələlik məlum olmayan səbəbdən ahıl kişi ölüb.

Hadisə rayonun mərkəzi bazarında baş verib. Hadisə baş verən əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşaları və Təcili Tibbi yardım Stansiyasının həkimləri cəlb olunub.  Müayinə zamanı  hələlik şəxsiyyəti məlum olmayan ahıl kişinin öldüyü müəyyənləşib. 

Mərhumun bazarda toxum alveri ilə məşğul olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi