Oğuzda 53 yaşlı kişi itkin düşüb

Oğuzda 53 yaşlı kişi itkin düşüb O, evdən gedərkən əynində boz rəngli şalvar, idman ayaqqabısı və qırmızı rəngli gödəkcə olub
Hadisə
15 Mart , 2021 10:26
Oğuzda 53 yaşlı kişi itkin düşüb

Oğuz rayonunda orta yaşlı kişi itkin düşüb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, rayonun Padar kənd sakini 1968-ci il təvəllüdlü Rəhman Rəhim oğlu Umarov gecə saatlarında çantasını da götürərək evdən çıxıb və bir daha geri qayıtmayıb.

O, evdən gedərkən əynində boz rəngli şalvar, idman ayaqqabısı və qırmızı rəngli gödəkcə olub.

Qeyd edək ki, itkin düşən Rəhim Umarov Padar kəndində yaşlı anası ilə birgə yaşayıb. Onun hansı səbəblərdən evdən getməsi bəlli deyil.

Son xəbərlər

Orphus sistemi