​Oğuzda 500 metr yüksəklikdən yıxılan gəncin meyiti tapılıb

​Oğuzda 500 metr yüksəklikdən yıxılan gəncin meyiti tapılıb Hadisə Filfilli kəndi ərazisində baş verib
Hadisə
13 Avqust , 2016 18:44
​Oğuzda 500 metr yüksəklikdən yıxılan gəncin meyiti tapılıb

Oğuz. 13 avqust. REPORT.AZ/ Bu gün günorta saatlarında Oğuz rayonunun Filfilli kəndi yaxınlığında Böyük Qafqaz sıra dağlarının qayalıq ərazisindən aşağı yıxılan gəncin meyiti tapılıb.

"Report”un Şimal-Qərb bürosunun məlumatına görə, 1988-ci il təvəllüdlü kənd sakini Sərxan Sərdar oğlu Seyidəliyev, hələlik bilinməyən səbəblərdən 500 metr yüksəklikdən aşağı düşüb.

Hadisə yerinə cəlb olunan Oğuz rayon hüquq-mühafizə orqanlarının əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin xilasediciləri gəncin meyitini taparaq aidiyyəti üzrə təhvil veriblər.

Son xəbərlər

Orphus sistemi