Oğuzda 5 tona yaxın narkotik tərkibli bitki məhv edilib

Oğuzda 5 tona yaxın narkotik tərkibli bitki məhv edilib Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib. Daxili İşlər Nazirliyinin Mətbua
Hadisə
24 iyun 2023 12:05
Oğuzda 5 tona yaxın narkotik tərkibli bitki məhv edilib

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, keçirilən tədbir zamanı Bayan kəndi ərazisində yabanı halda bitən, ümumi çəkisi 4 ton 470 kiloqram olan 2650 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Son xəbərlər

Orphus sistemi