Oğuzda 4 bal gücündə zəlzələ olub

Oğuzda 4 bal gücündə zəlzələ olub Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb
Hadisə
2 İyun , 2017 10:31
Oğuzda 4 bal gücündə zəlzələ olub

Bakı. 2 iyun. REPORT.AZ/ Oğuz rayonunda zəlzələ olub.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Yerli vaxtla saat 10:15:18-də Oğuz rayonu ərazisində qeydə alınan zəlzələ episentrdə 4 bala qədər, ətraf rayonlarda isə 3 bala qədər hiss olunub.

Təkanların maqnitudası 4.5, dərinliyi isə 9 km olub.

Son xəbərlər

Orphus sistemi