Oğuz rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun rayonun Kərimli kəndin ərazisindən keçən hissəsində baş verib.
Kənd sakini 1959-cu il təvəllüdlü Araz İsfəndiyar oğlu Həşimov idarə etdiyi “Toyota” markalı avtomobillə hərəkətdə olarkən həmkəndlisi, 1979-cü il təvəllüdlü Pərvin Sabir oğlu İbrahimxəlilovu vurub.
Xəsarət alan 42 yaşlı P. İbrahimxəlilov Oğuz Rayonu Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.