Oğuzda 4 gün əvvəl yol qəzasına düşən şəxs xəstəxanada ölüb

Oğuzda 4 gün əvvəl yol qəzasına düşən şəxs xəstəxanada ölüb Oğuz rayonunda yol qəzasına düşən yaralılardan biri ölüb. "Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə avqustun 30-u axşam saatlarında rayonun Mollalı kəndi ərazisində qeydə alınıb.
Hadisə
3 sentyabr 2022 06:25
Oğuzda 4 gün əvvəl yol qəzasına düşən şəxs xəstəxanada ölüb

Oğuz rayonunda yol qəzasına düşən yaralılardan biri ölüb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə avqustun 30-u axşam saatlarında rayonun Mollalı kəndi ərazisində qeydə alınıb.

Belə ki, Yusif Abışovun idarə etdiyi "VAZ-2106" markalı avtomobil idarəetmədən çıxaraq ağaca çarpılıb. Nəticədə Y.Abışov və onun sərnişini Böyükağa Hacıyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Sürücü Oğuz Rayon Mərkəzi Xəstəxanasına, B.Hacıyev isə vəziyyəti ağır olduğu üçün Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. B.Hacıyev həkimlərin səyinə baxmayaraq xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi