Oğuzda 39 yaşlı qadın sirkə turşusundan zəhərlənib

Oğuzda 39 yaşlı qadın sirkə turşusundan zəhərlənib Oğuz. 9 oktyabr. REPORT.AZ/ Oğuz rayonunda zəhərlənmə hadisəsi baş verib.
Hadisə
108
9 Oktyabr , 2018 22:06
Oğuzda 39 yaşlı qadın sirkə turşusundan zəhərlənib

Oğuz. 9 oktyabr. REPORT.AZ/ Oğuz rayonunda zəhərlənmə hadisəsi baş verib.

“Report”un Şəki-Zaqatala bürosunun məlumatına görə, Calut kənd sakini, 1979-cu il təvəllüdlü Elmira Mühiddin qızı Muxtasova kəskin zəhərlənmə əlamətləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan “Report”a bildirlib ki, müayinə zamanı 39 yaşlı E.Muxtasovanın sirkə turşusundan zəhərləndiyi məlum olub. Onun vəziyyəti ağır olduğundan xəstəxanada ilkin tibbi yardım göstərilib. Qadın müayinə və müalicəsini davam etdirmək üçün daha sonra Respublika Toksikologiya Mərkəzinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi