Oğuzda 17 yaşlı qız intihar edib

Oğuzda 17 yaşlı qız intihar edib Oğuzda gənc qız özünü asıb.
Hadisə
8 iyun 2020 06:04
Oğuzda 17 yaşlı qız intihar edib

Oğuzda gənc qız özünü asıb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Zərrab kəndində baş verib.

Kənd sakini 2003-cü il təvəllüdlü Ülviyyə Bəxtiyar qızı Məmmədovanın meyiti səhər saatlarında yaşadığı evin həyətindəki talvardan asılı vəziyyətdə yaxınları tərəfindən aşkar edilib.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Oğuz rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Oğuz rayon Prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi