Oğuzda avtomobil gənc qızı vurub

Oğuzda avtomobil gənc qızı vurub Oğuzda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
4 yanvar 2020 16:30
Oğuzda avtomobil gənc qızı vurub

Oğuzda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" un Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun, rayonun Kərimli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Şəki sakini 39 yaşlı Müşfiq Əzizov idarə etdiyi "VAZ" markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən piyada, Oğuz rayon Padar kənd sakini 16 yaşlı Qönçə Mustafayevanı vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan gənc qız Oğuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi