Oğuz sakini elektrik mişarı ilə ayağını kəsib

Oğuz sakini elektrik mişarı ilə ayağını kəsib Oğuz. 24 fevral. REPORT.AZ/ Oğuz sakini bədbəxt hadisə nəticəsində özünə xəsarət yetirib.
Hadisə
24 Fevral , 2019 15:44
Oğuz sakini elektrik mişarı ilə ayağını kəsib

Oğuz. 24 fevral. REPORT.AZ/ Oğuz sakini bədbəxt hadisə nəticəsində özünə xəsarət yetirib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə günorta saatlarında rayonun Muxas kəndində baş verib.

Həmin kəndin 1989-cu il təvəllüdlü sakini Allahverdiyev Tərlan Knyaz oğlu bağda elektrik mişarı ilə ağacları budayarkən ehtiyatsızlıqdan ayağını kəsib.

Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılan T.Allahverdiyevə sol ayağın kəsilmiş yarası diaqnozu qoyulub.

Son xəbərlər

Orphus sistemi