Oğuzda avtomobil aşıb, bir ailənin dörd üzvü xəsarət alıb

Oğuzda avtomobil aşıb, bir ailənin dörd üzvü xəsarət alıb Oğuz rayonunda avtomobil aşıb, xəsarət alanlar var.
Hadisə
31 May , 2023 16:30
Oğuzda avtomobil aşıb, bir ailənin dörd üzvü xəsarət alıb

Oğuz rayonunda avtomobil aşıb, xəsarət alanlar var.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Sincan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq, yolun kənarında yerləşən fındıq bağına aşıb. Nəticədə 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

İlkin məlumata görə, xəsarət alanlar bir ailənin üzvləridir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi