Oğuz rayon Təhsil şöbəsinə məxsus avtomobil yanıb - FOTO

Oğuz rayon Təhsil şöbəsinə məxsus avtomobil yanıb - FOTO Oğuz. 15 dekabr. REPORT.AZ/ Oğuz rayonunda avtomobil yanıb.
Hadisə
15 Dekabr , 2018 17:16
Oğuz rayon Təhsil şöbəsinə məxsus avtomobil yanıb - FOTO
Report

Oğuz. 15 dekabr. REPORT.AZ/ Oğuz rayonunda avtomobil yanıb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, "Chevrolet Niva" markalı, 48 AA 048 dövlət qeydiyyatı nişanlı avtomobil anidən alışıb. Hadisə yerinə yanğınsöndürən maşın cəlb olunub və avtomobilin tamamilə yanmasının qarşısı alınıb. Ancaq maşının mühərrik hissəsi yanaraq yararsız vəziyyətə düşüb.

Məlumata görə, avtomobil Oğuz rayon Təhsil şöbəsinə məxsusdur.

Son xəbərlər

Orphus sistemi