Oğuz. 19 fevral. REPORT.AZ/ Oğuz rayonunda Meşə Mühafizəsi və Bərpası İdarəsində ölən şəxsin adı məlum olub.
"Report"un yerli bürosu xəbər verir ki, rayonun Daşağıl kəndindən olan 1964-cü il təvəllüdlü əməkdaşı Qədirov Nərman Fərman oğlunun vəziyyəti anidən pisləşib və o, keçinib.
Hadisə yerinə təcili tibbi yardım briqadası çağrılsa da, 55 yaşlı N.Qədirovun ürək tutmasından artıq öldüyü məlum olub.
*** 19:51
Oğuz. 19 fevral. REPORT.AZ/ Oğuz Meşə Mühafizəsi və Bərpası İdarəsində ölüm hadisəsi baş verib.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, bu gün axşam saatlarında idarədə baş verib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub. Məlum olub ki, idarənin əməkdaşı iş başında naməlum şəraitdə ölüb. Hadisə yerinə baxış keçirilib.
Meyit müayinə olunması üçün
Fakta bağlı araşdırma aparılır.