Bakı. 21 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Elmin Musaxanovun cinayət işi üzrə məhkəmə başa çatıb.
"Report"un xəbərinə görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə E.Musaxanov 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, E.Musaxanov 2015-ci ildə həbs edilib. O, Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə təqsirli bilinib.