​Oğurluqda təqsirləndirilən şəxsə hökm oxunub

​Oğurluqda təqsirləndirilən şəxsə hökm oxunub O, 6 il müddətinə azadlıqdan məhrum edilib
Hadisə
31 Mart , 2016 11:18
​Oğurluqda təqsirləndirilən şəxsə hökm oxunub

Bakı. 31 mart. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Müqabil Musayevin cinayət işi üzrə məhkəmə başa çatıb.

"Report"un məlumatına görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə M.Musayev 6 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, oğurluqda təqsirli bilinən Müqabil Musayev ötən il polis əməkdaşları tərəfindən saxlanılıb. O, Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə ittiham olunub.

Son xəbərlər

Orphus sistemi