Oğurluqda təqsirləndirilən qadına hökm oxunub

Oğurluqda təqsirləndirilən qadına hökm oxunub Viktoriya Kotlyar 9 il azadlıqdan məhrum edilib
Hadisə
25 Avqust , 2016 14:37
Oğurluqda təqsirləndirilən qadına hökm oxunub

Bakı. 25 avqust. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Viktoriya Kotlyarın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə V. Kotlyar 9 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bu il polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən il iyunun 4-də Q.Qarayev prospektində yerləşən mağazada Bakı şəhər sakinləri - Səbinə Bəşirovanın, Tükəzban Yusubovanın mobil telefonlarını və Ruqaya Kazımovanın içərisində pul, iki ədəd mobil telefon olan əl çantasını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1985-ci il təvəllüdlü Viktoriya Kotlyar yaxalanıb.

Araşdırma zamanı onun digər cinayətlərinin də üstü açılıb. Belə ki, o, aprelin 7-də B.Nuriyev küçəsində yerləşən ticarət mərkəzində Rəfael Babayevin pencəyinin cibindən 1300 manat, sentyabrın 14-də Q.Qarayev prospektində yerləşən ticarət mərkəzində Atifa Finuninin əl çantasından içərisində 480 manat, metro kartı olan pul kisəsini, sentyabrın 14-də Pərvanə Əmirovanın, sentyabrın 22-də Gülşən Həşimovanın əl çantasından pul və sənədləri oğurlayıb.

O, Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə ittiham olunub.

Son xəbərlər

Orphus sistemi