Yuxarı
    Bağlamaq

    Oğurluq və soyğunçuluqda təqsirləndirilən gəncə hökm oxunub

    Məhkəmə prosesi başa çatıb

    Bakı. 4 avqust. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluq və soyğunçuluqda təqsirləndirilən 1999-cu il təvəllüdlü, Suraxanı rayon Hövsan qəsəbə sakini Fuad Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    "Report"un məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Məhkəmənin hökmü ilə F.Hüseynov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

    Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror çıxışında F.Hüseynovun 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

    Qeyd edək ki, F.Hüseynov Suraxanı rayon ərazisində yerləşən restorandan soyğunçuluq hadisəsi törədib. Polis tərəfindən saxlanılan 17 yaşlı gəncin oğurluq hadisəsi törətdiyi də ortaya çıxıb.

    F.Hüseynov Cinayət Məcəlləsinin 177-ci (oğurluq), 180-ci (soyğunçuluq) maddələri ilə ittiham olunur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi