Oğurluq etməkdə təqsirləndirilən gəncə hökm oxunub

Oğurluq etməkdə təqsirləndirilən gəncə hökm oxunub Samir Gəraylı 3 il müddətinə azadlıqdan məhrum edilib
Hadisə
3 Mart , 2016 13:50
Oğurluq etməkdə təqsirləndirilən gəncə hökm oxunub

Bakı. 3 mart. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən 1992-ci il təvəlüdlü Samir Gəraylının cinayət işi üzrə məhkəməsi başa çatıb.

"Report"un məlumatına görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə S.Gəraylı 3 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, S.Gəraylı 7 min manat oğurlamaqda ittiham edilib. O, Cinayət Məcəlləsinin 177-ci (oğurluq ) maddəsi ilə ittiham edilib.

Məhkəmə istintaqı dövründə zərərçəkənə dəymiş ziyan ödənilib.

Xatırladaq ki, S.Gəraylı Şuşa rayonu uğrunda döyüşlərində şəhid olan Sabir Rüstəmovun oğludur.

Son xəbərlər

Orphus sistemi