Yuxarı

​Oğurluq etməkdə şübhəli bilinən Nardaran sakinləri tutulub

Faktla bağlı araşdırmalar davam etdirilir

Bakı. 1 fevral. REPORT.AZ/ Sabunçu rayonunda oğurluq hadisəsi olub.

Bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Sabunçu rayon Polis İdarəsinin (RPİ) 42-ci Polis Bölməsi (PB) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, yanvarın 29-na keçən gecə, Nardaran qəsəbəsində Bəxtiyar Məmmədovun evindən, pəncərəni sındırmaqla 2 ədəd kondinsioner, 2 ədəd su nasosu və 3 ədəd samovar oğurlamaqda şübhəli bilinən Nardaran qəsəbə sakinləri - 1997-ci il təvəllüdlü Nahid Yaqubov, 1999-cu il təvəllüdlü Vüsal Məmmədov, 2000-ci il təvəllüdlü Pərvin Qasımov və Elşad Kazımov tutulub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi