Yuxarı

Oğurluq edən şəxs təhlükəsizlik kamerasına düşüb - VİDEO

Oğurluq edən şəxs təhlükəsizlik kamerasına düşüb

Bərdə rayonunda oğurluq edən şəxs təhlükəsizlik kamerasına düşüb.

"Report"un Qarabağ Mərkəzinin verdiyi məlumata görə, hadisə rayonun Mustafaağali kəndində yerləşən marketlərdən birində baş verib.

Gecə saatlarında naməlum şəxs mağazanın şüşəsini sındıraraq içəri daxil olur. Daha sonra kasaya yaxınlaşaraq pul və kompüteri götürərək, hadisə yerindən uzaqlaşıb.

Marketin sahibi Qalib Novruzov bu barədə polisə məlumat verib. 

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, hadisəsini kənd sakini Rövşən Qazıyev törədib. Həmin şəxs saxlanaraq istintaqa cəlb edilib.

Faktla bağlı raşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi