Bakı. 6 avqust. REPORT.AZ/ Oğurluğa görə tutulmuş şəxsin evlərin birindən 3000 manat dəyərində qızıl əşyalar oğurlaması müəyyən edilib.
"Report" xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb.
Məlumata görə, oğurluq etdiyinə görə tutulan Füzuli Bürcalıyevin ətrafında Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının apardıqları əməliyyat tədbirləri ilə onun cari il iyulun 4-də şəhər ərazisindəki evlərin birindən 3000 manat dəyərində qızıl əşyalar oğurlaması müəyyən edilib.