Oğurluğa görə tutulan şəxsin bir neçə oxşar cinayət törətdiyi müəyyən edilib

Oğurluğa görə tutulan şəxsin bir neçə oxşar cinayət törətdiyi müəyyən edilib Babək Məmmədov Gəncə şəhəri ərazisində 4 evdən, 1 kafe və 1 mağazadan oğurluq edib
Hadisə
11 Avqust , 2017 11:28
Oğurluğa görə tutulan şəxsin bir neçə oxşar cinayət törətdiyi müəyyən edilib

Bakı. 11 avqust. REPORT.AZ/ Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan şəxsin bir neçə digər oğurluq cinayətlərini də törətməsi müəyyən edilib.

"Report" xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyinin saytı yayıb. 

Nazirlikdən bildirilib ki, oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Babək Məmmədovun ətrafında Nizami (Gəncə) Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun cari ilin aprel-iyul ayları ərzində Gəncə şəhəri ərazisində 4 evdən, 1 kafe və 1 mağazadan spirtli içki, ərzaq məhsulları, geyim və məişət əşyaları oğurlaması da müəyyən edilib.

Son xəbərlər

Orphus sistemi