Oğurluğa görə saxlanılan şəxsin axtarışda olduğu məlum olub

Oğurluğa görə saxlanılan şəxsin axtarışda olduğu məlum olub Bakı. 16 iyul. REPORT.AZ/ Qusar Rayon Polis Şöbəsinə iyulun 14-də müraciət edən C.Nurullayev həmin gün şəhər ərazisindəki çayxanaların birində mobil telefonunun oğurlandığını bildirib.
Hadisə
16 İyul , 2018 11:31
Oğurluğa görə saxlanılan şəxsin axtarışda olduğu məlum olub

Bakı. 16 iyul. REPORT.AZ/ Qusar Rayon Polis Şöbəsinə  iyulun 14-də müraciət edən C.Nurullayev həmin gün şəhər ərazisindəki çayxanaların birində mobil telefonunun oğurlandığını bildirib.

DİN-in Mətbuat xidmətindən "Report"a verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Bakı şəhər sakini Çingiz Rəhimov bir gün əvvəl Gündüzqala kənd sakini R.Rəsulovun da mobil telefonunu oğurlayıbmış.

Son xəbərlər

Orphus sistemi