Azərbaycanda oğurluğa görə axtarışda olan keçmiş məhkum iş başında yaxalanıb.
Belə ki, Lökbatan qəsəbəsi ərazisindəki mağazaların birindən oğurluğa cəhd göstərməkdə şübhəli bilinən T.Mustafayev saxlanılıb. Saxlanılan Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş T.Mustafayevin Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olduğu da müəyyən edilib.