Yuxarı

Zaqatalada oğruluqla məşğul olan dəstə üzvləri tutulub - VİDEO

Oğruluqda şübhəli bilinən şəhər sakinləri saxlanılıblar

Zaqatala. 20 yanvar. REPORT.AZ/ Zaqatalada oğruluqla məşğul olan dəstə üzvləri tutulub.

"Report"un Şəki-Zaqatala bürosunun məlumatına görə, rayonun Çökək kənd sakini, Ramin Nüsrəddin oğlu Cavadov mağazasından oğruluq olunması ilə bağlı Zaqatala rayon Polis Şöbəsinə (RPŞ) müraciət edib.

Zaqatala RPŞ tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində oğruluqda şübhəli bilinən Zaqatala şəhər sakinləri, əvvəllər məhkum olunmuş Əşrəf Rasim oğlu Hacızadə, Sədullah Ayda oğlu AydayevNatiq Vidadi oğlu Aydəmirov saxlanılaraq, istintaqa təhvil veriliblər.

İlkin istintaq zamanı məlum olub ki, onlar əvvəlcədən əlbir olaraq, kənd sakininə məxsus mağazadan 100 manat nağd pul, ümumi dəyəri 500 manat olan tütün məmulatları və ərzaq məhsulları oğurlayıblar.

Saxlanılanlar barəsində həbs qəti imkan tədbiri seçilib, hazırda istintaq aparılır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi