​Odlar Yurdu Universitetindən 220 min dollar və 83 min manat oğurlayan şəxs tutulub

​Odlar Yurdu Universitetindən 220 min dollar və 83 min manat oğurlayan şəxs tutulub Faktla bağlı araşdırmalar davam etdirilir
Hadisə
25 Yanvar , 2016 13:20
​Odlar Yurdu Universitetindən 220 min dollar və 83 min manat oğurlayan şəxs tutulub

Bakı. 25 yanvar. REPORT.AZ/ Odlar Yurdu Universitetindən oğurluq etmiş şəxs tutulub.

“Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Belə ki, Nərimanov Rayon Polis İdarəsinin (RPİ) 18-ci Polis Bölməsi (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 9-da Odlar Yurdu Universitetindəki xidməti otaqlardan birindən içərisində 83 375 manat və 219 900 ABŞ dolları olan seyfi oğurlamış Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Sübhan Ələkbərov tutulub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi