Odlar Yurdu Universitetindən oğurluq edən şəxslər məhkəmədə ifadə veriblər

Odlar Yurdu Universitetindən oğurluq edən şəxslər məhkəmədə ifadə veriblər Onlardan biri rektor Əhməd Vəliyevin məhkəməyə cağırılmasını istəyib
Hadisə
10 Noyabr , 2016 13:48
Odlar Yurdu Universitetindən oğurluq edən şəxslər məhkəmədə ifadə veriblər

Bakı. 10 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Sübhan Ələkbərov, Pərviz Quliyev, Həzrət Məmmədov, Vüqar Vəliyev, Mirsənan Seyidov və Nemət Fərhadovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

M.Seyidov və V.Vəliyev ittiham üzrə özlərini təqsirli biliblər. 

S.Ələkbərov Odlar Yurdu Universitetinin binasından oğurluq etdiyini etiraf edib. O, universitetin rektoru Əhməd Vəliyevin məhkəməyə cağırılmasını istəyib: "O, mənim oğurluq etməyimi hardan bildiyini söyləsin. Oğurluğu Vüqar Vəliyevlə planlaşdırdım. O, orada pulun olduğunu bilirdi. Oğurladığımız pulun 20 faizini Vüqar Vəliyevə verəcəyimizə razılaşdıq".

Təqsirləndirilən şəxs qeyd edib ki, seyfdə 120 min manat pul olub.

Digər təqsirləndirilən P.Quliyev istintaqa verdiyi ifadəsini təsdiqləyib. H.Məmmədov isə həmin pullardan ona da çatdığını deyib.

Proses noyabrın 18-də davam etdiriləcək.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Nərimanov rayon ərazisində Odlar Yurdu Universitetindən oğurluq ediblər. Həmin şəxslər ümumilikdə 429 min 172 manat dəyərində əmlak ələ keçirməkdə təqsirləndiriliblər. Onlar Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə ittiham olunurlar.

Son xəbərlər

Orphus sistemi