Odessada qanunsuz ticarətlə məşğul olan Azərbaycan vətəndaşı saxlanılıb

Odessada qanunsuz ticarətlə məşğul olan Azərbaycan vətəndaşı saxlanılıb O, həm də Ukrayna ərazisində qanusuz yaşayırmış
Hadisə
6 Noyabr , 2017 07:00
Odessada qanunsuz ticarətlə məşğul olan Azərbaycan vətəndaşı saxlanılıb

Bakı. 6 noyabr. REPORT.AZ/ Ukraynanın Odessa şəhərinin Suvorovski rayonundakı küçələrdən birində ticarət üçün müəyyən edilməmiş yerdə meyvə-tərəvəz satmaqla məşğul olan şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Müəyyən edilib ki, o Azərbaycandan gəlib və Ukrayna ərazisində qanunsuz yaşayır.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Milli Polisinin Odessa vilayəti üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Hüquq-mühafizə orqanları 31 yaşlı Azərbaycan vətəndaşına qarşı İnzibati Xətalar Məcəlləsinin 160-cı maddəsi üzrə (Müəyyən edilməmiş yerdə pərakəndə satış) protokol tərtib ediblər.

Ardınca onunla Dövlət Miqrasiya Xidməti məşğul olacaq.

Son xəbərlər

Orphus sistemi