Odessada azərbaycanlı kriminal avtoritet saxlanılıb

Odessada azərbaycanlı kriminal avtoritet saxlanılıb Saxlanılan şəxs silah və narkotiklə bağlı cinayətlərə görə axtarışda olub
Hadisə
17 Fevral , 2017 11:27
Odessada azərbaycanlı kriminal avtoritet saxlanılıb

Bakı. 17 fevral. REPORT.AZ/ Ukraynanın Milli polisinin əməkdaşları və Təhlükəsizlik Xidmətinin əməliyyatçılarının keçirdiyi birgə xüsusi əməliyyat zamanı Odessa vilayəti ərazisində fəaliyyət göstərən azərbaycanlı kriminal avtoritet saxlanılıb.

"Report" Ukrayna KİV-inə istinadən xəbər verir ki, saxlanılan şəxs silah və narkotiklə bağlı cinayətlərə görə axtarışda olub.

Məhbus silah və narkotik ilə bağlı cinayətlərə görə axtarışda olub. Bakıdan olan gənc avtoritet hazırda həbsxanada olan Lotu Qulu ləqəbli "qanuni oğru"nun adamı olub.

Ukrayna Milli Polisinin Daxili Təhlükəsizlik Departamentinin nümayəndəsinin sözlərinə görə, saxlanılan şəxs müqavimət göstərməyə cəhd edib və əməliyyatçıları hədələyib. Qeyd edək ki, hazırda kriminal avtoritet müvəqqəti saxlama təcridxanasındadır və o, 5 ilə qədər azadlıqdan məhrumetmə cazası ilə üzləşə bilər.

Son xəbərlər

Orphus sistemi