Obyekt sahibi "Bazarstore"u məhkəməyə verib

Obyekt sahibi "Bazarstore"u məhkəməyə verib Tərəflər arasında mübahisə qiymət artımına görə yaranıb
Hadisə
16 Sentyabr , 2015 12:17
Obyekt sahibi Bazarstoreu məhkəməyə verib

Bakı. 16 sentyabr. REPORT.AZ/ "Qızıl-Gül" firması "Bazarstore" Məhdud Məsuliyyətli Cəmiyyətini (MMC) məhkəməyə verib.

"Report"un məlumatına görə, firma icarə müqaviləsinə xitam verilməsini tələb edir.

İddiaya 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.

Qeyd edək ki, "Qızıl-Gül" firması ilə "Bazarstore" arasında 19 dekabr 2012-ci il tarixli icarə müqaviləsi bağlanıb. Müqavilə sənədinə əsasən, "Qızıl-Gül" firması Sumqayıt şəhəri, 30-cu məhəllədə 2 min kvadratmetrlik ərazini "Bazarstore"a icarəyə verib. Bu ilin martında isə firmanın direktoru Azər Nəbiyev mülkiyyətində olan obyektin icarə haqqının qiymətini artırıb. Tərəflər arasında mübahisə də məhz bundan sonra yaranıb.

Son xəbərlər

Orphus sistemi