​Obama İsrailin baş naziri Netanyahunun çıxışını tənqid edib

​Obama İsrailin baş naziri Netanyahunun çıxışını tənqid edib "Netanyahu "altılıq" ölkələrinin planına heç bir alternativ təklif etməyib"
Hadisə
4 Mart , 2015 05:43
​Obama İsrailin baş naziri Netanyahunun çıxışını tənqid edib

Bakı. 4 mart. REPORT.AZ/ "İsrailin baş naziri Binyamin Netanyahu Konqressdə çıxışı zamanı İran ilə onun nüvə proqramına dair saziş əldə etmək istəyən "altılıq" ölkələrinin planına heç bir alternativ təklif etməyib".

"Report" BBC-yə istinadən xəbər verir ki, bu bəyanatla ABŞ prezidenti Barak Obama çıxış edib.

ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Rusiya və Çin İran hakimiyyəti ilə beynəlxalq sanksiyaların yumşaldılması müqabilində nüvə proqramının dayandırılmasına imkan yaradacaq saziş əldə etməyə çalışır.

Netanyahu isə Konqressdə çıxışı zamanı bildirib ki, Tehranla sənədin imzalanması İrana sanksiyalar aradan qaldırıldıqdan sonra tez bir zamanda nüvə silahı yaratmaq imkanı verəcək. Çünki İranın iri nüvə infrastrukturu hələ də, qalmaqdadır.

O bəyan edib ki, bugünkü İran təkcə İsrail üçün deyil, həm də bütün Yaxın Şərq üçün təhlükədir.

Son xəbərlər

Orphus sistemi