OBA marketdə qadının çantası oğurlanıb

OBA marketdə qadının çantası oğurlanıb Bakıda mağazada qadının çantası oğurlanıb.
Hadisə
29 Oktyabr , 2019 11:12
OBA marketdə qadının çantası oğurlanıb

Bakıda mağazada qadının çantası oğurlanıb.

“Report”un xəbərinə görə, hadisə oktyabrın 7-də OBA marketlər şəbəkəsinin Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən mağazasında baş verib.

Belə ki, Bakı şəhər sakini A.Məhərrəmovanın OBA marketin saxlanc yerində içərisində 374 manat, şəxsiyyət vəsiqəsi və digər qiymətli əşyaları olan əl çantası oğurlanıb.

Qadın hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.

Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, 1952-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Rauf Yanaliyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi