Yuxarı

"OBA market"dən oğurluq etmək istəyən tutuldu

​"OBA market"dən oğurluq etmək istəyən tutuldu

1124

Bakıda marketdə oğurluğa cəhd edilib.

"Report"un xəbərinə görə, hadisə bu gün saat 14:30 radələrində Nizami rayon, Tofiq Abbasov küçəsində yerləşən "OBA market"də qeydə alınıb.

Belə ki, Beyləqan rayon sakini, 1989-cu il təvəllüdlü Talıbov Sahib Xudaverdi oğlu marketdən oğurluq etmək istəyən zaman Nizami Rayon Polis İdarəsi Post Patrul Xidməti əməkdaşları tərəfindən saxlanılıb və müvafiq polis bölməsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Talıbov Sahib

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi