“Oba market”dən oğurluq edildi

“Oba market”dən oğurluq edildi Bakıda marketdə oğurluq hadisəsi baş verib.
Hadisə
3 Avqust , 2020 09:57
“Oba market”dən oğurluq edildi

Bakıda marketdə oğurluq hadisəsi baş verib.

“Report”un xəbərinə görə, hadisə avqustun 2-i saat 16:30 radələrində Nizami rayonu, Qara Qarayev prospektində yerləşən “Oba market”də qeydə alınıb.

Belə ki, marketə daxil olan müştəri oradan mineral su və spirtli içki oğurlayıb.

Daha sonra ərazidə xidmət aparan Əlahiddə Çevik Polis Alayı əməkdaşları tərəfindən oğurluq əməlində şübhəli bilinən paytaxt sakini, 1981-ci il təvəllüdlü Kamal Mustafayev saxlanılıb və ərazi üzrə 24-cü Polis Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi