Nərimanov rayonunda fəhlə bədbəxt hadisə nəticəsində ölüb

Nərimanov rayonunda fəhlə bədbəxt hadisə nəticəsində ölüb Fəhlənin başına düşən dəmir parçası onun həyatına son qoyub
Hadisə
8 Sentyabr , 2014 14:33
Nərimanov rayonunda fəhlə bədbəxt hadisə nəticəsində ölüb

Bakı. 8 sentyabr.REPORT.AZ/ Bakının Nərimanov rayonunda fəhlə tikintidə işlədiyi vaxt bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. Report-un Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən verdiyi məlumata görə, hadisə rayonun Təbriz küçəsində yeni tikilməkdə olan binada qeydə alınıb.

Hadisə zamanı orada işləyən Ağdam rayon sakini Ruslan Həsənovun başına dəmir parçası düşüb.

Fəhlə aldığı xəsarətlər nəticəsində hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Nərimanov rayon Prokuroroluğunda araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi