Nyu-Yorkda sürücü maşını piyadaların üzərinə sürüb, ölən və yaralananlar var - VİDEO

Nyu-Yorkda sürücü maşını piyadaların üzərinə sürüb, ölən və yaralananlar var - VİDEO Bakı. 27 noyabr. REPORT.AZ/ Bazar ertəsi axşam ABŞ-ın Nyu-York ştatının Manhetten rayonunda sürücü avtomobili piyadaların üzərinə sürüb.
Hadisə
27 Noyabr , 2018 04:48
Nyu-Yorkda sürücü maşını piyadaların üzərinə sürüb, ölən və yaralananlar var - VİDEO

Bakı. 27 noyabr. REPORT.AZ/ Bazar ertəsi axşam ABŞ-ın Nyu-York ştatının Manhetten rayonunda sürücü avtomobili piyadaların üzərinə sürüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.

Bildirilir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 6-sı yaralanıb. Hadisə Çaynataun məhəlləsində baş verib. Əraziyə meqapolisin yanğın xidmətinin əməkdaşları cəlb olunub.

Telekanal polisdəki iki mənbənin sözlərini sitat gətirərək bildirir ki, ilkin məlumatlara görə, sürücü hadisəni qəsdən törətməyib. Onların qiymətləndirməsinə görə, bu, terror aktı deyil.

Son xəbərlər

Orphus sistemi