Novxanıda istirahət mərkəzində yanğın olub

Novxanıda istirahət mərkəzində yanğın olub Abşeron rayonunun Novxanı kəndində istirahət mərkəzinin yerləşdiyi ümumi sahəsi 500 m² olan ikimərtəbəli binanın 1-ci mərtəbəsinin yanar konstruksiyaları 100 m² sahədə yanıb.
Hadisə
205
14 Oktyabr , 2021 22:16
Novxanıda istirahət mərkəzində yanğın olub
0 : 00
0 : 00

Abşeron rayonunun Novxanı kəndində istirahət mərkəzinin yerləşdiyi ümumi sahəsi 500 m² olan ikimərtəbəli binanın 1-ci mərtəbəsinin yanar konstruksiyaları 100 m² sahədə yanıb.

Bu barədə "Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb, yanğın söndürülüb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Son xəbərlər

Orphus sistemi