Yuxarı

​Novxanıda iki avtomobil toqquşub

Yanğınsöndürən-xilasedicilər sıxılmış vəziyyətdə qalmış sürücünü avtomobildən çıxarıb

Bakı. 29 noyabr. REPORT.AZ/ Bakının Abşeron rayonunda yol-nəqliyyat qəzası baş verib.

"Report"-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Novxanı qəsəbəsində "Daewoo" və "Land Rover" markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat qəzası  baş verib.

Dərhal nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olunub ki, "Daewoo" markalı minik avtomobilinin sürücüsü deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb. 

Yanğınsöndürən-xilasedicilər sıxılmış vəziyyətdə qalmış sürücünü avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi