Novxanıda bir nəfər dənizdə boğulub

Novxanıda bir nəfər dənizdə boğulub Abşeron rayonunda bir nəfər dənizdə batıb.
Hadisə
6 Avqust , 2021 21:31
Novxanıda bir nəfər dənizdə boğulub
0 : 00
0 : 00

Abşeron rayonunda bir nəfər dənizdə batıb.

"Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib FHN-in "112" qaynar telefon xəttinə Abşeron rayonu, Novxanı kəndi ərazisində 1 nəfərin dənizdə (nəzarətsiz ərazi) batması barədə məlumat daxil olub.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən tədbirlər nəticəsində Xıdırov Aqşin Afər oğlunun meyiti tapılaraq dənizdən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Son xəbərlər

Orphus sistemi