Novxanıda ata və oğlu bıçaqlandı

Novxanıda ata və oğlu bıçaqlandı Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.
Hadisə
2190
18 İyul , 2020 22:18
Novxanıda ata və oğlu bıçaqlandı
google.az

Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə rayonun Novxanı qəsəbəsində qeydə alınıb.

Belə ki, 1956-cı il təvəllüdlü Ağamalıyev Ağamalı Rəcəb oğlu və onun övladı 1986-cı il təvəllüdlü Ağamalıyev Rəcəb Ağamalı oğlu yaşadıqları evin həyətində tanıdıqları şəxs tərəfindən bıçaqlanıblar.

Yaralılar təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Müayinə zamanı A. Ağamalıyevdə döş qəfəsinin kəsilmiş-deşilmiş yarası, R. Ağamalıyevdə isə baş nahiyəsinin bir ədəd və qarın boşluğunun daxilə nüfuz edən iki ədəd kəsilmiş-deşilmiş bıçaq yaraları aşkarlanıb.

R. Ağamalıyevin vəziyyətinin ağır olduğu bildirilir.

Cinayətin təfərrüatları araşdırılır.

Ramin Şahbazov

Son xəbərlər

Orphus sistemi