Novxanı sakini hovuzda çimərkən ağır xəsarət alaraq ölüb

Novxanı sakini hovuzda çimərkən ağır xəsarət alaraq ölüb Abşeron sakini su hovuzunda çimərkən ehtiyatsızlıqdan aldığı xəsarət nəticəsində ölüb.
Hadisə
8 İyun , 2019 22:59
Novxanı sakini hovuzda çimərkən ağır xəsarət alaraq ölüb

Abşeron sakini su hovuzunda çimərkən ehtiyatsızlıqdan aldığı xəsarət nəticəsində ölüb.

"Report" xəbər verir ki, hadisə Novxanı qəsəbəsində baş verib.

Belə ki, 1984-cü il təvəllüdlü Əhmədov Azad Albert oğlu Novxanı bağları massivindəki həyətyanı sahəsində, ikinci mərtəbədən su hovuzuna tullanan zaman başı hovuzun kənarına çırpılıb. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə aparılarkən yolda dünyasını dəyişib.

Ramin Şahbazov

Son xəbərlər

Orphus sistemi