"Report"un xəbərinə görə, hadisə Novxanı-Pirşağı yolunda qeydə alınıb.
Səhiyyə Nazirliyindən "Report"a bildirilib ki, hadisə ilə əlaqədar təcili tibbi yardıma çağırış saat 13:10-da daxil olub: "Hadisə nəticəsində 1 nəfər qadın hadisə yerində dünyasını dəyişib. 44 yaşlı kişi bud sümüyünün sınığı, 2 azyaşlı uşaq isə daxili qanaxmaya şübhə diaqnozu ilə 3 saylı şəhər xəstəxanasına çatdırılıblar. Yaralılara lazımi tibbi yardım göstərilir".