Yuxarı

Norilskdə saxta sənədləri olan 5 azərbaycanlı saxlanılıb

Azərbaycan vətəndaşları barəsində cinayət işi açılıb

Bakı. 25 avqust. REPORT.AZ/ Avqust ayında Norilsk şəhərində saxta sənədləri olan 5 azərbaycanlı saxlanılıb. Bu barədə "Report" Rusiya KİV-inə istinadən xəbər verir. 

Qeyd olunur ki, azərbaycanlılar Norilskə Moskvadan gəlib. Aviasərnişinlər yoxlama zamanı sənədlərini təqdim edib, həmin sənədlər polislərin şübhəsinə səbəb olub. Ekspertiza müəyyən edib ki, sənədlər saxtadır. 

Qəsdən saxta sənədlərin istifadəsinə görə Azərbaycan vətəndaşları barəsində cinayət işləri açılıb.

Sibir federal dairəsi üzrə nəqliyyat polis idarəsinin mətbuat xidmətindən bildiriblər ki, buna görə 80 min rubl (1 184 manat) məbləğində cərimə, yaxud 2 ilə qədər islahedici tədbirlər və ya 3 aydan 6 aya qədər həbs cəzası nəzərdə tutulub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi