Nizamidə iki avtomobil toqquşub, xəsarət alan var

Nizamidə iki avtomobil toqquşub, xəsarət alan var Bakıda xəsarətlə nəticələnən daha bir yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
24 May , 2021 07:12
Nizamidə iki avtomobil toqquşub, xəsarət alan var

Bakıda xəsarətlə nəticələnən daha bir yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Nizami rayonunda qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1980-ci il təvəllüdlü, Vəliyev Vüsal Katib oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardım avtomobilinin köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub. Yaralının vəziyyəti ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi