Yuxarı

​Bakıda mənzildən iki meyit tapılıb

Ölüm halları paytaxtın Suraxanı və Nizami rayonları ərazisində baş verib

Bakı. 11 yanvar. REPORT.AZ/ Paytaxtın Suraxanı və Nizami rayonları ərazisində yerləşən mənzillərdən kişi və qadın meyitləri aşkar edilib.

“Report” Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakının Nizami və Suraxanı rayonlarında mənzildə bağlı qapı arxasında 1941-ci il təvəllüdlü kişi və 1953-cü il təvəllüdlü qadın köməksiz vəziyyətdə qalıb.

FHN-in xilasetmə qüvvələri müvafiq olaraq hadisə yerlərinə cəlb olunublar. Mənzillərə baxış keçirilən zaman Salahov Bəxtiyar Fətəli oğlu və Raqaçova Yelizaveta Nikolayevna qızı huşsuz vəziyyətdə aşkarlanıb. Hadisə yerlərinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində hər iki vətəndaşın vəfat etdiyi müəyyən olunub.

Qeyd olunan şəxslərin meyiti xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi